“Plato Capital and Co. İnvestisiya Şirkəti" maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 09 iyun, 2022
  • 13:52
“Plato Capital and Co. İnvestisiya Şirkəti maliyyə göstəricilərini açıqlayıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2021-ci ili 98 min manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2020-ci ildən 100 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Plato Capital and Co.”nun aktivləri 328 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,3 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 8,9 % artaraq 183 min manata, balans kapitalı isə 35,2 % artaraq 146 min manata, o cümlədən nizamnamə kapitalı 20% artaraq 816 min manata çatıb.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.