“Plato Capital and Co. İnvestisiya Şirkəti” birja üzvlüyündən çıxarılıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” birja üzvlüyündən çıxarılıb Bu qərar investisiya şirkətinin müraciəti əsasında qəbul edilib
Maliyyə
12 fevral 2021 12:11
“Plato Capital and Co. İnvestisiya Şirkəti” birja üzvlüyündən çıxarılıb

"Bakı Fond Birjası" QSC-nin (BFB) Üzvlük Komissiyası “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyündən çıxarılması ilə bağlı qərar qəbul edib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar investisiya şirkətinin müraciəti əsasında qəbul edilib.

Xatırladaq ki, ötən il bu vaxt Üzvlük Komissiyası "Plato Capital and Co."nun müraciəti əsasında onun birja üzvlüyünü 1 il müddətinə dondurmuşdu.

Son xəbərlər

Orphus sistemi