“Plato Capital and Co. İnvestisiya Şirkəti” fəaliyyətini tam bərpa etməyə hazırlaşır

“Plato Capital and Co. İnvestisiya Şirkəti” fəaliyyətini tam bərpa etməyə hazırlaşır “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC bu ilin sonuna qədər fəaliyyətini tam bərpa edəcək.
Maliyyə
213
20 Sentyabr , 2019 16:52
“Plato Capital and Co. İnvestisiya Şirkəti” fəaliyyətini tam bərpa etməyə hazırlaşır

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC bu ilin sonuna qədər fəaliyyətini tam bərpa edəcək.

Bu barədə “Report”a maliyyə qurumunun direktoru Mansur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 5-də Maliyyə Bazarlarına Nəzarət Palatası investisiya şirkətinin lisenziyasını onun yeni adına uyğun olaraq yeniləyib (bundan əvvəl adı “Plato Menecment” olub). Artıq “Plato Capital and Co.” qiymətli kağızlar bazarında hesablaşmalar aparmaq üçün “Bakı Fond Birjası” QSC-yə və Milli Depozit Mərkəzinə müraciət edib. İnvestisiya şirkəti lazımi platformalara çıxış əldə etdikdən sonra müştərilərinə xidmət göstərə biləcək.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. Onun nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi