Paytaxtda əməkhaqqı 13 % artıb

Maliyyə
  • 09 avqust, 2022
  • 08:44
Paytaxtda əməkhaqqı 13 % artıb

Bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9 % artıb.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 5 ayı ərzində paytaxtda orta aylıq nominal əməkhaqqı 1 066,9 manat təşkil edib.

Azərbaycanda bu ilin yanvar-may aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14 % artaraq 825,3 manat təşkil edib.

44 filmi