​"PAŞA Bank"ın aktivləri ötən il 83% artıb

​"PAŞA Bank"ın aktivləri ötən il 83% artıb Hesabat ilində bankın kredit portfeli 58% artıb
Maliyyə
19 Yanvar , 2015 17:58
​PAŞA Bankın aktivləri ötən il 83% artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın "PAŞA Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 83,36% artaraq 2015-ci il yanvarın 1-nə 1 278,732 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində bankın kredit portfeli 57,92% artaraq cari il yanvarın 1-nə 542,926 mln. manat təşkil edib.

Hesabat ilinin sonuna bankda müştəri hesabları 701,401 mln. manat olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. Müştəri hesablarının 142,866 mln. manatını müddətli, 558,535 mln. manatını tələbli hesablar təşkil edib. İnvestisiya portfeli 2,58% artaraq cari ilin yanvarın 1-nə 205,241 mln. manat olub.

Hesabat dövründə bankın nizamnamə kapitalı 46,05% artaraq 333 mln. manat təşkil edib.

Qeyd edək ki, 2014-cü il ərzində "PAŞA Bank"ın işçilərinin sayı 244-dən 321-ə, şöbələrin sayı 4-dən 8-ə, bankomatların sayı 17-dən 26-ya, plastik kartların sayı 8 289-dan 15 239-a çatıb. 

Son xəbərlər

Orphus sistemi