"PAŞA Sığorta"nın yığımları 56% artıb

"PAŞA Sığorta"nın yığımları 56% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
17 Noyabr , 2016 12:38
PAŞA Sığortanın yığımları 56% artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "PAŞA Sığorta" ASC-nin yığımları 89 523 192 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,68% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 10 ay ərzində 37 687 069 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 53,28% çoxdur.

2016-cı ilin yanvar-oktyabrında "PAŞA Sığorta" topladığı hər 100 manat sığorta haqqının 42,1 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 42,76% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi