“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 42% artıb

Maliyyə
  • 03 may, 2023
  • 05:50
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 42% artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci ili 3,502 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 42,3 % çoxdur. 

Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 4,4 milyon manat (əvvəlki ilə nisbətən 42,2 % çox), mənfəət vergisi ödəmələri isə 898 min manat (41,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 123,925 milyon manat olub ki, bu da illik müqayisədə 43,4 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 44,3 % artaraq 113,511 milyon manata, balans kapitalı isə 34,1 % artaraq 10,413 milyon manata çatıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

44 filmi