“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 12% azalıb

Maliyyə
  • 27 may, 2022
  • 08:27
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 12% azalıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ili 2,461 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 11,5 % azdır.

Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 3,094 milyon manat (əvvəlki ilə nisbətən 10,8% az), mənfəət vergisi ödəmələri isə 633 min manat (8,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 86,448 milyon manat olub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,9 dəfə artaraq 78,683 milyon manata, balans kapitalı isə 38,9% artaraq 7,765 milyon manata çatıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.