"PAŞA Kapital İnvestisiya Şirkəti" investisiya xidmətləri təklif edir

"PAŞA Kapital İnvestisiya Şirkəti" investisiya xidmətləri təklif edir "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC hüquqi və fiziki şəxslərə müxtəlif investisiya xidmətləri təklif edir
Maliyyə
12 Mart , 2021 09:39
PAŞA Kapital İnvestisiya Şirkəti investisiya xidmətləri təklif edir

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC hüquqi və fiziki şəxslərə müxtəlif investisiya xidmətləri təklif edir. Şirkətin təqdim etdiyi investisiya xidmətləri müştərilərə kapital bazarına investisiya etməyə, həm də kapital bazarından investisiya cəlb etməyə imkan yaradır. Kapital bazarına investisiya etmək üçün müştərilər Şirkətin vasitəçilik və marja ticarəti xidmətindən yararlana bilər. Hüquqi şəxslər üçün nəzərdə tutulmuş anderraytinq xidməti isə kapital bazarından orta və ya uzunmüddətli investisiyaların cəlb edilməsini təmin edir.

Vasitəçilik xidmətindən istifadə edən müştərilər Azərbaycan və xarici kapital bazarına buraxılmış pay və borc qiymətli kağızlarına investisiya və öz risklərini bazarda mövcud olan törəmə maliyyə alətləri ilə idarə etmək imkanı qazanır. Bəzi müştərilər müəyyən ticarət strategiyasından daha da çox bəhrələnmək üçün öz vəsaitləri ilə yanaşı Şirkətdən borca alınmış vəsaitlər hesabına müxtəlif investisiya alətləri ilə ticarət etmək barəsində düşünür. Şirkətin təqdim etdiyi marja ticarəti məs bu kateqoriya müştərilər üçün nəzərdə tutulmuşdur. Marja hesabı vasitəsi ilə ticarət edən müştərilər nəinki hər hansı maliyyə alətinin daha çox alınması üçün Şirkətdən borc vəsaiti cəlb edə, hətta müəyyən maliyyə alətlərinin özünün borca alınıb açıq bazarda qısa satılmasını (short selling) həyata keçirə bilərlər.

Qısa müddətə (1 ilə qədər) borca pul vəsaiti cəlb etmək və ya yerləşdirmək niyyətində olan müştərilər üçün Şirkət repo bazarına çıxış təklif edir. Bu bazarda hətta ən qısa müddətə (1, 2, 3 gün və s.) pul vəsaitlərini yerləşdirmək, həm də pul vəsaitlərini cəlb etmək mümkündür. Müəyyən valyutaların və ya əmtəələrin, habelə pay və borc qiymətli kağızılarının qiymət dəyişməsi riskindən sığortalanmaq üçün isə Şirkət öz müştərilərinə geniş çeşiddə hecinq alətləri təklif edir.

"PAŞA Kapita"lın qiymətli kağızlar bazarında əldə etdiyi 8 illik təcrübəsi, geniş maliyyə resursları və ən əsası peşəkar komandası müştərilərə yuxarıda göstərilən investisiya xidmətlərinin yüksək səviyyədə göstərilməsini təmin edir.

Son xəbərlər

Orphus sistemi