“PAŞA Həyat Sığorta”nın rəhbərliyi dəyişib

“PAŞA Həyat Sığorta”nın rəhbərliyi dəyişib Mürsəl Rüstəmovu Niyaz İsmayılov əvəz edib
Maliyyə
1114
1 Mart , 2017 09:31
“PAŞA Həyat Sığorta”nın rəhbərliyi dəyişib

Bakı. 1 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Şirkətdən “Report”a verilən məlumata görə, bu, indiyə qədər İH sədrinin I müavini vəzifəsində çalışmış Niyaz Ismayılovdur. O, yeni vəzifəsində Mürsəl Rüstəmovu əvəz edib.

N.İsmayılovun yerinə isə indiyə qədər “PAŞA Həyat Sığorta”nın Direktorlar Şurasının üzvü olmuş İbrahim İbrahimov təyin olunub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi