Məlumata görə, təlimdə 10-a yaxın ölkədən 50-dək nümayəndə iştirak edib.
Beynəlxalq səviyyəli təlimdə vebsayt, elektron ticarət, sosial media, multimedia və brend kontenti üzrə strategiyaların hazırlanması, satışın təşkilində sosial şəbəkələrin rolu və mahiyyəti, sosial şəbəkələrdə müştərilərlə əlaqələrin düzgün təşkili üçün müəyyən alətlərdən istifadə yolları, son illər rəqəmsal marketinq sahəsində tətbiq olunan yeni texnoloji alətlər, həmçinin şirkətlər üçün dəbdəbəli seqmentlər üzrə rəqəmsal qiymətləndirmənin aparılması mövzuları üzrə geniş təqdimat edilib.
Təlimin nəticəsi olaraq, iştirakçılar onlayn brend reputasiyasının necə idarə olunması, vebsaytın göstəriciləri üzrə analiz və tədqiqatın aparılması üçün ən vacib kriteriyalarından istifadə imkanları, yeni yaradılan rəqəmsal strategiyada metodologiya və alətlərdən istifadə, rəqəmsal və sosial marketinqdə satışların uğurlu tətbiqi üzrə nümunələr, rəqəmsal marketinqdə investisiyaların qaytarılmasına (return of investment - ROI) müasir baxış, satışın stimullaşdırılması məqsədilə rəqəmsal marketinq alətlərindən istifadə, eyni zamanda tanınmış düyna brendləri haqqında məlumatlar əldə edib.
Qeyd edək ki, tədbirdə “PAŞA Həyat”ı şirkətin Strateji inkişaf Departamentinin əməkdaşları təmsil ediblər.