“PAŞA Bank” xüsusi ehtiyatlara ayırmaları 3 dəfədən çox artırıb

Maliyyə
  • 22 oktyabr, 2021
  • 07:25
“PAŞA Bank” xüsusi ehtiyatlara ayırmaları 3 dəfədən çox artırıb

“PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarında 69,285 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,5% çoxdur.

9 ay ərzində “PAŞA Bank”ın əməliyyat gəlirləri 285,679 milyon manat (illik müqayisədə 26,4% çox), əməliyyat xərcləri 166,414 milyon manat (23% çox), xüsusi ehtiyatlara ayırmaları 31,611 milyon manat (3,4 dəfə çox), gözlənilməz gəlirləri 502 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 18,869 milyon manat (10% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 6 068,042 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,6% çoxdur. Bunun 2 275,947 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,6% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 26,6% artaraq 5 508,536 milyon manata, o cümlədən depozit portfeli 25,2% artaraq 4 528,247 milyon manata, balans kapitalı isə 8,3% artaraq 559,505 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti