“PAŞA Bank” ötən ilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 25 yanvar, 2022
  • 12:45
“PAŞA Bank” ötən ilin maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank
Report

“PAŞA Bank” ASC 2021-ci ili 90,18 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 7% çoxdur.

Ötən il “PAŞA Bank”ın əməliyyat gəlirləri 389,825 milyon manat (əvvəlki illə müqayisədə 24,4% çox), əməliyyat xərcləri 228,526 milyon manat (20,9% çox), xüsusi ehtiyatlara ayırmaları 38,95 milyon manat (3,4 dəfə çox), gözlənilməz gəlirləri 597 min manat (5,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 32,767 milyon manat (13,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 6 408,381 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,2% çoxdur. Bunun 2 478,985 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 20,3% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 17,3% artaraq 5 831,105 milyon manata, o cümlədən depozit portfeli 25,3% artaraq 5 029,427 milyon manata, balans kapitalı isə 6,7% artaraq 577,276 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti