"PAŞA Bank": Müştərilərimizin sayı 3 dəfə artıb

"PAŞA Bank": Müştərilərimizin sayı 3 dəfə artıb Bankın İdarə Heyətinin sədri Taleh Kazımov 2016-cı ilin yekunları ilə bağlı açıqlama verib
Maliyyə
25 Aprel , 2017 10:28
PAŞA Bank: Müştərilərimizin sayı 3 dəfə artıb

Bakı. 25 aprel. REPORT.AZ/ 2016-da "PAŞA Bank" ASC-nin plastik kart istifadəçilərinin sayı 35 minə çatıb və bu rəqəm getdikcə artır. 

"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi maliyyə qurumu bu sahədə öz fəaliyyətini daha da genişləndirəcək. Həmçinin rəqəmsal bankçılıq sahəsinə də xüsusi diqqət yetiriləcək. 

"2016-da fəlsəfəmizə sadiq qalaraq və iqtisadiyyatda olan çağırışları nəzərə alaraq korporativ müştərilərə dəstək olmağa davam etmişik. Ötən il həm müştərilər, həm də bank üçün uğurlu il olub. Əgər 2014-cü ildə 700 müştərimiz vardısa, 2016-cı ilin sonuna bu rəqəm 2 200-ə çatıb. 2016-da ilk dəfə korporativ müştərilərin tələbini nəzərə alaraq fərdi bankçılıq sahəsində fəaliyyət göstərməyə başlamışıq. Ötən ilin 4-cü rübündə fərdi bankçılıq üzrə xidmət mərkəzi açmışıq və əmək haqqı kartı sahiblərinə bank xidməti göstərməyə başlamışıq" - deyə T.Kazımov qeyd edib. 

O, həmçinin bildirib ki, artıq müştərilər bank seçimində ilkin olaraq maliyyə göstəricləri ilə maraqlanır: "2017-ci ildə reytinqimizin indiki səviyyədə qalacağına ümid edirik".

T.Kazımovun sözlərinə görə, "PAŞA Bank" ötən il informasiya texnologiyaları sahəsinə kifayət qədər yatırım edib: "Bu ilin ilk rübündən müştərilərə yeni sistemlə xidmət etməyə başlamışıq. Bank indi daha effektiv fəaliyyət göstərir. 2016-cı ilin sonuna, əməliyyatların 60%-i internet bankinq vasitəsilə həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi