"PAŞA Bank" manatla və dollarla istiqraz buraxır

Maliyyə
  • 22 may, 2025
  • 14:53
PAŞA Bank manatla və dollarla istiqraz buraxır

"PAŞA Bank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 200 milyon manat və 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, istiqrazların nominal dəyəri və sayı yekun şərtlərlə müəyyən ediləcək.

Qiymətli kağızlar 1 ildən 2 ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi müddətindən asılı olaraq manatda 11-12 %, dollarda isə 5-5,5 %-dir. Prosesin əsas anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, anderrayterləri isə "CPM-İnvest İnvestisiya Şirkəti" və "Unicapital İnvestisiya Şirkəti" ASC-lərdir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb. 

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Bütün Xəbər Lenti