"PAŞA Bank" likvidliyin artması səbəbindən istiqraz emissiyasını dayandırıb

"PAŞA Bank" likvidliyin artması səbəbindən istiqraz emissiyasını dayandırıb Bankın Bakı Fond Birjasının səhmdarları sırasına qoşulmaq planı yoxdur
Maliyyə
17 Oktyabr , 2017 13:31
PAŞA Bank likvidliyin artması səbəbindən istiqraz emissiyasını dayandırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən "PAŞA Bank" ASC-nin sərəncamında olan manat likvidliyinin həcmi artıb və bu səbəbdən bank istiqraz emissiyasını müvəqqəti olaraq dayandırıb.

“Report xəbər verir ki, bunu jurnalistlərə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bildirib: "Sözsüz ki, bankda tələbat artdıqda bu məhsuldan istifadə edəcəyik. Amma hazırda likvidlik yüksəkdir, kifayətdir. Ona görə hazırda belə bir məhsula ehtiyac yoxdur". 

"Banklar qısamüddətli manat likvidliyini Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarında yerləşdirir. İstiqrazlar yerləşdirildiyi gündən Azərbaycan Mərkəzi Bankı (AMB) həmin istiqrazların təkrar bazarını təmin edir", - deyə T.Kazımov əlavə edib.

"PAŞA Bank"ın sədri deyib ki, bankın Bakı Fond Birjasının səhmdarları sırasına qoşulmaq planı yoxdur.

T.Kazımov növbəti 3 ildə təmsil etdiyi bankın xaricdə yeni filial açmaq planının olmadığını da deyib.

Son xəbərlər

Orphus sistemi