"PAŞA Bank"ın xalis mənfəəti 44% azalıb

"PAŞA Bank"ın xalis mənfəəti 44% azalıb "PAŞA Bank" ASC bu ilin I yarısını 28,9milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
15 İyul , 2020 14:50
PAŞA Bankın xalis mənfəəti 44% azalıb

"PAŞA Bank" ASC bu ilin I yarısını 28,9 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 44,1% azdır.

Yanvar-mart aylarında "PAŞA Bank"ın gəlirləri 148 milyon manat (illik müqayisədə 21,7% çox), xərcləri 94,2 milyon manat (50,9% çox), xüsusi ehtiyatlara ayırmaları 13,1 milyon manat (67,3% çox), mənfəət vergisi ödəmələri isə 11,8 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il iyulun 1-nə "PAŞA Bank"ın aktivləri 4 831,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,1% çoxdur. Bunun 1 852 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,1% böyüyüb.

Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 9,1% artaraq 4 369,1 milyon manat, o cümlədən depozit portfeli 0,5% artaraq 3 645,3 milyon manata, balans kapitalı isə 8,7% artaraq 462,8 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 milyon manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi