"Paşa Bank"ın xalis mənfəəti 4 dəfə azalıb

"Paşa Bank"ın xalis mənfəəti 4 dəfə azalıb Bakı. 23 aprel. REPORT.AZ/ “Pasha Bank” ASC-nin cəmi aktivləri illik 13,59% artaraq 2018-ci il aprelin 1-nə 3 707 849 min manata çatıb.
Maliyyə
23 Aprel , 2018 18:02
Paşa Bankın xalis mənfəəti 4 dəfə azalıb

Bakı. 23 aprel. REPORT.AZ/ “Pasha Bank” ASC-nin cəmi aktivləri illik 13,59% artaraq 2018-ci il aprelin 1-nə 3 707 849 min manata çatıb.

“Report" bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə Bankın kredit portfeli isə 12,66% artaraq birinci rübün sonuna 977 875 min manat təşkil edib. Kredit portfelinin də 17,5% və ya 182 720 min manatının vaxtı keçib.

Bankın cəmi öhdəlikləri illik 16,24% artaraq 2018-ci il aprelin 1-nə 3 298 728 min manata yüksəlib, o cümlədən müştərilər qarşısında öhdəliklər illik 18,63% artaraq 2 976 012 min manata yüksəlib. 2018-ci il aprelin 1-nə Bankın səhmdar kapitalı 333 000 min manat, cəmi kapitalı 409 121 min manat təşkil edib.

Bank yanvar-mart ayları ərzində 7 664 min manat mənfəət əldə edib. 1 132 min manat vergi ödənişindən sonra Bankın xalis mənfəəti 6 532 min manat olub. Beləliklə, Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalıb.

Birinci rübdə Bankın faiz gəliri 40 307 min manat, faiz xərci 8 515 min manat, qeyri-faiz gəliri 6 791 min manat, qeyri-faiz xərci 16 754 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi