"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 62% artıb

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 62% artıb “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I rübünü 13,763 milyon lirə (2,753 milyon manat) xalis mənfəətlə başa vurub
Maliyyə
31 May , 2021 10:30
PAŞA Bankın Türkiyədəki törəməsinin xalis mənfəəti 62% artıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I rübünü 13,763 milyon lirə (2,753 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 62,4% çoxdur.

Ötən il "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 42,435 milyon lirə (8,487 milyon manat, illik müqayisədə 50,4% çox), faiz xərcləri 19,672 milyon lirə (3,934 milyon manat, 90% çox), haqq və komissiya gəlirləri 1,661 milyon lirə (332 min manat, 24,2% çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 6,341 milyon lirə (1,268 milyon manat, 3,1 dəfə çox), inzibati xərcləri 5,242 milyon lirə (1,048 milyon manat, 15% çox), digər gəlirləri 8,408 milyon lirə (1,682 milyon manat, 3,6 dəfə çox), digər xərcləri 5,421 milyon lirə (1,084 milyon manat, 2,9% az), xüsusi ehtiyatlara ayırmaları 11,222 milyon lirə (2,244 milyon manat, 5,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 3,525 milyon lirə (705 min manat, 45,8% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 2 440,151 milyon lirə (488,03 milyon manat) olub ki, bu da illik müqayisədə 28,4% çoxdur. Bunun 1 617,323 milyon lirəsi (323,465 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,1% böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 33,1% artaraq 1 863,775 milyon lirəyə (372,755 milyon manat), balans kapitalı isə 6,7% artaraq 576,376 milyon lirəyə (115,275 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (120 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

1 lirə = 0,20 manat

Son xəbərlər

Orphus sistemi