"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 04 noyabr, 2024
  • 07:21
PAŞA Bankın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin yanvar-sentyabr aylarını 391,327 milyon lirə (19,566 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

9 ay ərzində "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 401,943 milyon lirə (20,097 milyon manat, 1 il əvvələ nisbətən 60,7 % çox), mənfəət vergisi ödəmələri isə 10,616 milyon lirə (0,531 milyon manat, 7 dəfə az) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 10 milyard 966,448 milyon lirə (548,322 milyon manat) olub ki, bu da illik müqayisədə 27,8 % çoxdur. Bunun 5 milyard 26,82 milyon lirəsi (251,341 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,2 % böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 22,1 % artaraq 9 milyard 268,162 milyon lirəyə (463,408 milyon manat), balans kapitalı isə 72,2 % artaraq 1 milyard 698,286 milyon lirəyə (84,914 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (25 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.

1 lirə = 0,05 manat

Son xəbərlər

Bütün Xəbər Lenti