"PAŞA Bank"ın Gürcüstandakı törəməsi ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 23 fevral, 2024
  • 13:07
PAŞA Bankın Gürcüstandakı törəməsi ötən ili mənfəətlə başa vurub

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2023-cü ili 1,699 milyon lari (1,087 milyon manat) mənfəətlə başa vurub. Halbuki, Bank 2022-ci ildən 2,093 milyon lari (1,34 milyon manat) zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 534,709 milyon lari (342,214 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 3 % çoxdur. Bunun 336,106 milyon larisi (215,108 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,2 % kiçilib.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 1,5 % artaraq 422,396 milyon lariyə (270,333 milyon manat), o cümlədən depozit portfeli 4,5 % artaraq 356,814 milyon lariyə (228,361 milyon manat), balans kapitalı isə 9,1 % artaraq 112,313 milyon lariyə (71,88 milyon manat), o cümlədən nizamnamə kapitalı 6 % artaraq 136,8 milyon lariyə (87,552 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,64 manat

Son xəbərlər

Bütün Xəbər Lenti