"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 03 fevral, 2025
  • 05:36
PAŞA Bankın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2024-cü ili 7,291 milyon lari (4,375 milyon manat) mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,3 dəfə çoxdur.

Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 705,938 milyon lari (423,563 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 32 % çoxdur. Bunun 400,492 milyon larisi (240,295 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,2 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 38,8 % artaraq 586,334 milyon lariyə (351,800 milyon manat), o cümlədən depozit portfeli 44,5 % artaraq 515,673 milyon lariyə (309,404 milyon manat), balans kapitalı isə 6,5 % artaraq 119,604 milyon lariyə (71,762 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (82,08 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,60 manat

Son xəbərlər

Bütün Xəbər Lenti