"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 08 avqust, 2025
  • 15:59
PAŞA Bankın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 430 min lari (271 min manat) xalis mənfəətlə başa vurub. Halbuki, bank 2024-cü ilin eyni dövründən 3,151 milyon lari (1,985 milyon manat) mənfəətlə çıxmışdı

"Report" xəbər verir ki, yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 1,393 milyon lari (878 min manat, illik müqayisədə 2,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 962 min lari (606 min manat, 1 il əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 621,313 milyon lari (391,427 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 % çoxdur. Bunun 365,222 milyon larisi (230,09 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,1 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 1,6 % azalaraq 496,858 milyon lariyə (313,021 milyon manat), o cümlədən depozit portfeli 1 % azalaraq 437,057 milyon lariyə (275,346 milyon manat) düşüb, balans kapitalı isə 7,8 % artaraq 124,455 milyon lariyə (78,407 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (84,184 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,63 manat

Son xəbərlər

Bütün Xəbər Lenti