“PAŞA Bank”ın aktivləri 61% artıb

“PAŞA Bank”ın aktivləri 61% artıb Bakı. 15 aprel. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 264,32 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına...
Maliyyə
15 Aprel , 2017 14:45
“PAŞA Bank”ın aktivləri 61% artıb

Bakı. 15 aprel. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 264,32 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 60,5% çoxdur.

“PAŞA Bank”ın aktivlərinin 26,6%-ni və yaxud 867,969 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 25,7% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın cəmi öhdəlikləri 69,7% artaraq 2 837,985 mln. manata, o cümlədən depozit portfeli 89,8% artaraq 2 508,558 mln. manata çatıb.

İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 17,9% artaraq 426,335 mln. manat olub.

Bu ilin I rübündə “PAŞA Bank”ın faiz gəlirləri 42,743 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 70,2% çox), faiz xərcləri 12,579 mln. manat (61,5% çox), qeyri-faiz gəlirləri 18,732 mln. manat (26,7% az), qeyri-faiz xərcləri isə 11,572 mln. manat (34,8% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 37,235 mln. manat olub ki, bu da illik müqayisədə 8,6% çoxdur.

“PAŞA Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarınm yaradılmasına 13,327 mln. manat ayırıb, 52 min manat isə mənfəət vergisi (79,3% çox) ödəyib. Bununla da, Bank rübü 23,946 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33,3 min manat olan 10 min səhm əsasında formalaşıb. Səhmlərin 60%-i Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi