Bu ilin sonuna qədər “PAŞA Bank” ASC Bakıda yeni filialını açacaq.
“Report” xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Bəhruz Nağıyev məlumat verib.
Bununla belə, “PAŞA Bank” rəsmisi yeni filialın yeri barədə məlumat verməyib.
“Bankımızın kredit portfeli böyüyür. Bu rəqəm iyul-avqust-sentyabr aylarında 200 milyon manat artaraq 1,7 milyard manata çatıb”, - deyə o, qeyd edib.