"PAŞA Bank"ın aktivləri illik 64% artıb

"PAŞA Bank"ın aktivləri illik 64% artıb Bakı. 20 iyul. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin aktivləri illik müqayisədə 63,6% artaraq 2017-ci il iyulun 1-nə 3 333,835 mln. manata çatıb. Bu müddə...
Maliyyə
20 İyul , 2017 13:22
PAŞA Bankın aktivləri illik 64% artıb

Bakı. 20 iyul. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin aktivləri illik müqayisədə 63,6% artaraq 2017-ci il iyulun 1-nə 3 333,835 mln. manata çatıb. Bu müddətdə kredit portfeli 12,2% artaraq 819,948 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri illik 79,0% artaraq iyulun 1-nə 2 976,609 mln. manata yüksəlib. Müştərilər qarşısında öhdəliklər 11,0% artaraq 2 642,777 mln. manat olub. Cari il iyulun 1-nə bankın səhmdar kapitalı 333,0 mln. manat, cəmi kapitalı 357,226 mln. manat, məcmu kapitalı 359,468 mln. manat təşkil edib.

"Paşa Bank" bu ilin birinci yarısında 13,531 mln. manat xalis mənfəət (illik azalma - 33,44%) əldə edib. Vergidən əvvəl isə mənfəət 17,193 mln. manat olub. Faiz gəlirləri 87,283 mln. manat, faiz xərcləri 26,050 mln. manat, qeyri-faiz gəlirləri 29,575 mln. manat, qeyri-faiz xərcləri 36,423 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin birinci yarısında isə Bank 20,329 mln. manat xalis mənfəət əldə edib. 

Son xəbərlər

Orphus sistemi