Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
- 05 avqust, 2025
- 15:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Partner Finance” QSC bu ilin I yarısını 506 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.
Yanvar-iyun aylarında “Partner Finance”ın vergiyəqədərki mənfəəti 632 min manat (1 il əvvələ nisbətən 9,7 % çox), mənfəət vergisi ödəmələri isə 126 min manat (9,6 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “Partner Finance”ın aktivləri 12,282 milyon manat olub ki, bu da illik müqayisədə 12,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 23 % azalaraq 9,175 milyon manata düşüb, balans kapitalı isə 49,4 % artaraq 3,107 milyon manata, o cümlədən nizamnamə kapitalı 49 % artaraq 152 min manata çatıb.
Xatırladaq ki, “Partner Finance” 2020-ci ildə yaradılıb. Şirkətin səhmlərinin hər biri 32,89 % olmaqla Anar Nuriyevə, Şamama Qurbanovaya və Nərmin İsmayılzadəyə, 1,33 %-i isə adı açıqlanmayan fiziki şəxsə məxsusdur.