​Parisdə törədilən terror aktları avronun məzənnəsini azaldacaq

​Parisdə törədilən terror aktları avronun məzənnəsini azaldacaq AZN/EUR məzənnəsinin 1,11 olacağı proqnozlaşdırılır
Maliyyə
14 Noyabr , 2015 13:16
​Parisdə törədilən terror aktları avronun məzənnəsini azaldacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Parisdə törədilən terror aktları gələn həftə avronun məzənnəsinə mənfi təsir edəcək.

"Report" xəbər verir ki, avronun məzənnəsinin düşməsinə əsas səbəb Avrozonada təhlükəsizlik problemləri səbəbindən turizm gəlirlərinin azalması olacaq. 

Qeyd edək ki, Fransa dünyada turistlərin ən çox ziyarət etdikləri ölkədir. 2014-cü ildə bu ölkəni 83,7 mln. turist ziyarət edib. Ötən il Fransanın turizm sektorundan əldə etdiyi gəlir 150 mlrd. avro ilə ÜDM-in 7%-ni təşkil edib. Amma terror hadisələri səbəbindən sərhədlərin bağlanması və ciddi təhlükəsizlik tədbirləri Fransanın turizm sektoruna əhəmiyyətli ziyan vuracaq və ÜDM-ə mənfi təsir göstərəcək. Proseslərin belə inkişafı onsuz da iqtisadi problemlər içərisində olan Avrozonanın ikinci ən böyük iqtisadiyyatını böyük gəlirdən məhrum edəcək. 

"Report" Analitik Qrupu hesab edir ki, avronun məzənnəsi 16 noyabr-bazar ertəsi günü digər valyutalarla müqayisədə zəifləyəcək. Xüsusilə USD/EUR məzənnəsinin 1,05-1,06 səviyyəsinə geriləcəyi ehtimal olunur.

Avronun zəifləməsi manata da təsirini göstərəcək. Ciddi bir dəyişiklik olmasa AZN/USD məzənnəsinin 1,0508, AZN/EUR məzənnəsinin isə 1,11 olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi