Bakı. 5 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Parabank" ASC-nin səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə "Report"a Bankdan məlumat verilib.
Məlumata görə, kapitalın artırılmasına "Parabank"ın səhmdarlarının bu il martın 7-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qərar verilib. Qərara əsasən, Bank hər birinin nominal qiyməti 200 manat olan əlavə 75 000 səhm buraxacaq (ümumilikdə - 15 mln. manat).
Yeni səhm emissiyasının yerləşdirilməsi uğurla həyata keçirilərsə, "Parabank"ın nizamnamə kapitalı 38,6% artaraq hazırkı 38,887 mln. manatdan 53,887 mln. manata yüksələcək.