​"Parabank"ın kartları yeni sistemə qoşulub

​"Parabank"ın kartları yeni sistemə qoşulub "Parabank" yalnız "Visa" təşkilatı ilə əməkdaşlıq edir
Maliyyə
6 Mart , 2015 13:48
​Parabankın kartları yeni sistemə qoşulub

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın "Parabank" ASC-nin "Visa" kartlarının sahibi olan müştərilər "3D Secure" sistemindən istifadə edə biləcək. Bankın mərkəzi ofisindən "Report"a verilən məlumata görə, bu xidmətə qoşulmaq üçün müştərilər üç üsuldan istifadə edə bilər.

Bunun üçün müştəri bankomatın menyusundan "İnternet Banking" və "3D Secure" üçün birdəfəlik parollar siyahısı" bölməsi seçməli, birdəfəlik parollar qeyd edilmiş çek çap olunmalı və www.azericard.com/3d səhifəsində qeydiyyatdan keçməlidir.

Bu prosesi həyata keçirmək üçün Bankın filialllarına yaxınlaşmaq yaxud "Azercard"ın ərsmi səhifəsində qeydiyyat bölməsindən istifadə etməklə mümkündür.

Xatırladaq ki, bankdan verilən məlumata görə, "Parabank" yalnız "Visa" ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi