"Para" BOKT-un zərəri 66 % azalıb

Maliyyə
  • 09 iyun, 2023
  • 12:32
Para BOKT-un zərəri 66 % azalıb

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,825 milyon manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 66,3 % azdır.

Bu il yanvarın 1-nə "Para"nın aktivləri 24,648 milyon manat olub ki, bu da illik müqayisədə 25,7 % azdır. Bunun 14,787 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 35,7 % kiçilib.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 13,9 % azalaraq 41,541 milyon manata düşüb, balans kapitalının çatışmazlığı isə 12,1 % artaraq 16,893 milyon manata çatıb.

Xatırladaq ki, "Para" 2016-cı ildə lisenziyası ləğv olunmuş "Parabank" ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 29,266 milyon manatdır. BOKT-un səhmlərinin 19%-i Eldar Quliyevə, 16% Alevtina Quliyevaya, 13%-i Tamilla Hacıyevaya, 12%-i Vəli Quliyevə, 11%-i Elnur Quliyevə, 8%-i Fərman Quliyevə, 6%-i Əşrəf Səfərova, 6%-i Faiq Səfərova, 4%-i Rasim Poladova. 2%-i İbrahim Səfərova, 2%-i Əvəz Səfərliyə, 2%-i isə digər şəxslərə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti