"Para" BOKT-un zərəri 2 dəfədən çox azalıb

Maliyyə
  • 17 iyun, 2022
  • 05:15
Para BOKT-un zərəri 2 dəfədən çox azalıb

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 5,414 milyon manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 53,8% və yaxud 2,2 dəfə azdır.

Bu il yanvarın 1-nə "Para"nın aktivləri 33,156 milyon manat olub ki, bu da, illik müqayisədə 26,6% azdır. Bunun 22,999 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 32,4% kiçilib.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 12,1% azalaraq 48,225 milyon manata düşüb, balans kapitalının çatışmazlığı isə 56,1% artaraq 15 milyon manata çatıb.

Xatırladaq ki, "Para" 2016-cı ildə lisenziyası ləğv olunmuş "Parabank" ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 29,266 milyon manatdır. BOKT-un səhmlərinin 19%-i Eldar Quliyevə, 16% Alevtina Quliyevaya, 13%-i Tamilla Hacıyevaya, 12%-i Vəli Quliyevə, 11%-i Elnur Quliyevə, 8%-i Fərman Quliyevə, 6%-i Əşrəf Səfərova, 6%-i Faiq Səfərova, 4%-i Rasim Poladova. 2%-i İbrahim Səfərova, 2%-i Əvəz Səfərliyə, 2%-i isə digər şəxslərə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti