"Para" BOKT-un Müşahidə Şurası yenidən formalaşdırılacaq

"Para" BOKT-un Müşahidə Şurası yenidən formalaşdırılacaq Aprelin 5-də, saat 11:00-da "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Maliyyə
16 Fevral , 2021 13:05
Para  BOKT-un Müşahidə Şurası yenidən formalaşdırılacaq

Aprelin 5-də, saat 11:00-da "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə kredit təşkilatının Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Para" 2016-cı ildə lisenziyası ləğv olunmuş "Parabank" ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 38,887 milyon manatdır. BOKT-un səhmlərinin 17%-i Eldar Quliyevə, 15,5% Alevtina Quliyevaya, 10,95%-i Əşrəf Səfərova, 10,95%-i Faiq Səfərova, 9,8%-i Tamilla Hacıyevaya, 9,6%-i Elnur Quliyevə, 9%-i Vəli Quliyevə, 6%-i Fərman Quliyevə, 3,4%-i İbrahim Səfərova, 3,4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1,4%-i isə digər şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi