“Para” BOKT-nin aktivləri 17% azalıb

“Para” BOKT-nin aktivləri 17% azalıb “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 16,8% azalaraq 71,75 milyon manat təşkil edib.
Maliyyə
6 Sentyabr , 2019 10:07
“Para” BOKT-nin aktivləri 17% azalıb

“Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 16,8% azalaraq 71,75 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Para"nın müştərilərə verdiyi xalis kreditlər isə 22,4% azalaraq 54,578 milyon manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri təxminən 7,6% azalaraq 70,167 milyon manat, cəmi kapitalı isə 84,5% azalaraq 1,583 milyon manat olub.

“Para” 2018-ci ili 1,439 milyon manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən təxminən 82,7% azdır. 

Orphus sistemi