Palladiumun qiyməti tarixi maksimumu yeniləyib

Palladiumun qiyməti tarixi maksimumu yeniləyib Bazar ertəsi “Comex” birjasında ticarət sessiyası zamanı palladiumun dəyəri tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 3,4 min ABŞ dollarından yuxarı qalxıb.
Maliyyə
7 Mart , 2022 14:10
Palladiumun qiyməti tarixi maksimumu yeniləyib

Bazar ertəsi “Comex” birjasında ticarət sessiyası zamanı palladiumun dəyəri tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 3,4 min ABŞ dollarından yuxarı qalxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatından görmək olar.

Saat 12:35-ə olan məlumata görə, qiymətli metalın qiyməti 14,01% artaraq 1 unsiya üçün 3,409 min dollar təşkil edib. Saat 13:01-də isə palladiumun qiyməti artım baxımından yavaşlayıb və 1 unsiya üçün 3,323 min dollar (+11,44%) səviyyəsində olub.

Mütəxəssislərin fikrincə, palladiumun qiyməti təqribən 40% payla bu metalın dünya bazarındakı ən böyük tədarükçüsü olan Rusiyadan tədarükdə problemlər ola biləcəyi ilə bağlı narahatlıqlar əsasında yüksəlir.

Son xəbərlər

Orphus sistemi