​"PAŞA Bank" üç beynəlxalq mükafata layiq görülüb

​"PAŞA Bank" üç beynəlxalq mükafata layiq görülüb Mükafatlar “World Finance” beynəlxalq jurnalı tərəfindən təsis olunub
Maliyyə
15 Oktyabr , 2014 09:43
​PAŞA Bank üç beynəlxalq mükafata layiq görülüb
Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanın "PAŞA Bank" ASC “World Finance” jurnalının təsis etdiyi üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2014-cü ildə Banka “Azərbaycanda ən yaxşı kommersiya bankı”, “Azərbaycanda ən yaxşı bank qrupu” və artıq ikinci ildir ki, “Azərbaycanda Private Banking xidmətlərini göstərən ən yaxşı bank” mükafatları təqdim olunub.

"PAŞA Bankın" İdarə Heyətinin sədri Fərid Axundovun sözlərinə görə, fəaliyyətdə olduğu 7 il ərzində Bank yalnız ən yaxşı dünya təcrübəsinə əsaslanıb: “Hazırda "PAŞA Bank" həm Azərbaycanda, həm də Gürcüstanda müştərilərə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. Biznesin həcminin hər il artması təkcə yerli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə bir maliyyə institutu kimi bizə etimadın artmasından xəbər verir. Bankın bu nüfuzlu mükafatları alması bizim nailiyyətlərimizin növbəti dəfə təsdiqi və göstərdiyimiz xidmətlərin keyfiyyətinə verilən yüksək qiymətdir”.

Mükafatlar işgüzar “World Finance” nəşriyyatı tərəfindən 2007-ci ildə təsis olunub və iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə olunan nailiyyətlərə, yenilikçi yanaşmaya və ən yaxşı standart və təcrübələrin tətbiqinə görə verilir. Mükafatın nominantları “World Finance” auditoriyası tərəfindən açıq səsvermə yolu ilə seçilir.

Son xəbərlər

Orphus sistemi