"Özəl sektorda anti-korrupsiya standartları" mövzusunda müşavirə keçirilib

"Özəl sektorda anti-korrupsiya standartları" mövzusunda müşavirə keçirilib Bu gün Auditorlar Palatasının və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı, Maliyyə Monitorinqi Xidməti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil
Maliyyə
17 Dekabr , 2021 14:18
Özəl sektorda anti-korrupsiya standartları mövzusunda müşavirə keçirilib

Bu gün Auditorlar Palatasının və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı, Maliyyə Monitorinqi Xidməti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil ocaqları, sahibkarlıq subyektləri, o cümlədən digər qurumların 300-dən artıq nümayəndəsinin iştirakı ilə hibrid formatda "Özəl sektorda anti-korrupsiya standartları" mövzusunda seminar-müşavirə keçirilib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Tədbirdə çıxış edən Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində maliyyə şəffaflığının və azad rəqabətin tam bərqərar olunduğunu, bürokratik əngəllərin aradan qaldırıldığını qeyd edərək, mövcud nailiyyətlərin əldə edilməsində vahid strateji yanaşmanın ayrılmaz tərkib hissəsi kimi effektiv korrupsiyaya qarşı mübarizə siyasətinin də önəmli payı olduğunu bildirib, eləcə də bu istiqamətdə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan belə maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyətindən bəhs edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov isə ölkəmizdə sahibkarlığın inkişafına və fəaliyyətinə hər hansı formada müdaxilənin qarşısının alınması ilə bağlı görülən tədbirlərin iqtisadi islahatların yeni mərhələsinə təkan verməsinə, habelə kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı daha kəsərli mübarizəyə zəmin yaratdığını bildirib, auditorların özəl sektordakı rolundan, eləcə də cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsində əhəmiyyətindən bəhs edib.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hazırladığı “Özəl sektorda anti-korrupsiya standartları” vəsaitinin təqdimatı həyata keçirilərək materialda əks etdirilmiş sahibkarlıq subyektlərində korrupsiyaya qarşı mübarizə, korrupsiya risklərinin idarə edilməsi, maraqlar toqquşması hallarının qarşısının alınması, qeyd olunan sahədə audit yoxlamalarının əhəmiyyəti və hüquqi şəxslərin cinayət məsuliyyəti kimi mövzular üzrə geniş məlumat verilib.

Bundan sonra müvafiq olaraq Auditorlar Palatasının nümayəndələri Altay Cəfərov, Elnur İbrahimov, Nəcəf Talıbov, Vəli Rəhimov və Səftər Vəlizadə, habelə prokurorluq əməkdaşları Tural Vəlibəyov, Pirayə Səmədzadə-Əliyeva, Anar Əliyev, Kamil Kamilli, Vasif Musayev və Vəlixan Allahverdov korrupsiyaya qarşı mübarizədə beynəlxalq audit standartlarının rolu, risklərin qiymətləndirilməsi, auditor sübutu və onlardan istifadə kimi əlaqədar mövzular üzrə ətraflı çıxışlar edib.

Son xəbərlər

Orphus sistemi