Ötən rüb ARDNF Şimali Amerikada investisiyalarının payını artırıb
- 13 oktyabr, 2023
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin üçüncü rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 28,5 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 14,6 % olub.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Bu rəqəmlər 2022-ci ilin üçüncü rübünün sonuna müvafiq olaraq 29,2 % və 20,2 % təşkil edib.
Digər regionlardan Şimali Amerikanın payı 30,7 %-dən 36,9 %-ən artıb, Avstraliya və Yeni Zelandiyanın payı 0,8 %-dan 0,6 %-ə, Yaxın Şərq regionunun payı 0,4 %-dən 0,3 %-ə dəyişib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % bəndində qalıb.
Həmçinin, Fondun investisiyalarında Afrika regionunda da payı 0,1 % bəndində olub.
Bu ilin üçüncü rübünün sonuna ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 61,1 %-dən 67 %-ə qalxıb.
Bu müddət ərzində inkişaf etməkdə olan ölkələrin payı isə 20,3 %-dan 14,1 %-ə enib, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,6 %-dən 7,9 %-ə artırıb.
Qalan 11 %-lik pay isə qızıla aiddir. 2022-ci ilin üçüncü rübünün sonuna bu rəqəm 12 % təşkil edib.