Ötən il COVID-19-la mübarizə aparan tibb işçilərinə 612 mln manat ödənilib

Ötən il COVID-19-la mübarizə aparan tibb işçilərinə 612 mln manat ödənilib İl ərzində pandemiya ilə mübarizə tədbirlərinə dövlət büdcəsindən 1 985,9 milyon manat vəsait istifadə olunub
Maliyyə
24 May , 2021 11:54
Ötən il COVID-19-la mübarizə aparan tibb işçilərinə 612 mln manat ödənilib

Ötən il Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dövlət büdcəsindən 1 985,9 milyon manat vəsait istifadə olunub.

“Report” xəbər verir ki, bu barədə “2020-ci üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vəsaitlərinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşdırılmış xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisəslərində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib. Bununla yanaşı, qlobal pandemsiya ilə bağlı dünya enerji və səhm baarlarıxnda baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məslələrinə, sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 334,1 milyon manat vəsait sərf olunub.

Belə ki:

- Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahubkarlıq subyektlərinə dəstək məqsədi ilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçilərin əməkhaqqlarının müəyyən hissəsinin ödənilməsinə 269,1 milyon manat;

- 107 miondən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsinə 116,7 milyon manat;

- sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin veruilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsinə 70 milyon manat;

- xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənnin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsinə 447,9 milyon manat:

- əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılmasına 21 milyon manat;

- həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsinə 267,3 milyon manat;

- güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırlmasına 90 milyon manat;

- təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsinə 26,1 milyon manat;

- əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. artırılmasına 10 milyon manat;

- digər zəruri tədbirlərin icrasına 16 milyon manat vəsait yönəldilib.

Son xəbərlər

Orphus sistemi