Ötən il ARDNF-in aktivləri 7,6% artıb

Ötən il ARDNF-in aktivləri 7,6% artıb Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 2018-ci ilin sonuna təqribən, 7,6% artaraq 38,5 mlrd. dollara çatıb.
Maliyyə
28 Fevral , 2019 14:03
Ötən il ARDNF-in aktivləri 7,6% artıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 2018-ci ilin sonuna təqribən, 7,6% artaraq 38,5 mlrd. dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov AZƏRTAC-a müsahibəsində məlumat verib.

O qeyd edib ki, ötən il ən mühüm məsələ ilin profisitlə başa çatdırılması olub. 

“Belə ki, Neft Fondunun 2018-ci il büdcəsində gəlirlər 15,3 mlrd. manat, xərclər 11,5 mlrd. manat, profisitin 3,8 mlrd. manat nəzərdə tutulmasına baxmayaraq, xam neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulan 55 ABŞ dolları ilə müqayisədə daha yüksək olması nəticəsində ARDNF-in büdcəsində 6,2 mlrd. manat profisit yaranıb. Beləliklə, 2018-ci ilin əvvəlinə 35,8 mlrd. dollar səviyyəsində olan Dövlət Neft Fondunun aktivlərinin həcmi ilin sonuna təqribən 7,6% artaraq 38,5 mlrd. dollara çatıb”,- Ş. Mövsümov bildirib.

İngilis versiyası SOFAZ assets up by 7.6%

Son xəbərlər

Orphus sistemi