Ötən il ARDNF Avropada investisiyalarının payını artırıb

Maliyyə
  • 19 yanvar, 2023
  • 06:32
Ötən il ARDNF Avropada investisiyalarının payını artırıb

2022-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 29,6 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 16 % təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Bu rəqəmlər 2021-ci ilin sonunda müvafiq olaraq 28,2 % və 21,6 % təşkil edib.

Digər regionlardan Şimali Amerikanın payı 29,3 %-dən 33,4 %-ə, Avstraliya və Yeni Zelandiyanın payı 1 %-dən 0,8 %-ə, Yaxın Şərq regionunun payı 0,7 %-dən 0,4 %-ə dəyişib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.

2022-ci ilin sonuna ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 60,6 %-dən 63,9 %-ə qalxıb.

Bu müddət ərzində inkişaf etməkdə olan ölkələrin payı isə 20,3 %-dən 16,4 %-ə enib, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6 %-dən 7,6 %-yə çatıb.

Qızıla yatırılan investisiyalar isə il ərzində 13,1 %-dən 12,1 %-ə enib.