Ötən ay 11 bank şöbəsi bağlanıb

Ötən ay 11 bank şöbəsi bağlanıb Bakı. 28 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə Azərbaycanda bank filiallarının sayı 508 olub.
Maliyyə
28 Yanvar , 2019 13:54
Ötən ay 11 bank şöbəsi bağlanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə Azərbaycanda bank filiallarının sayı 508 olub.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə eynidir. Başqa sözlə, banklar dekabrda yeni filial açmayıb.

Son 1 ildə isə bank filiallarının sayı 1 vahid azalıb.

Bu il yanvarın 1-nə Azərbaycanda bank şöbələrinin sayı isə 130 olub. Bu, dekabrın 1-i ilə müqayisədə 11 vahid azdır.

Son 1 ildə isə bank şöbələrinin sayı 12 vahid azalıb.

Son xəbərlər

Orphus sistemi