Osman Xaliyev: "Azərbaycanda ESG qiymətləndirmə modeli hazırlanıb"

Osman Xaliyev: "Azərbaycanda ESG qiymətləndirmə modeli hazırlanıb" Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq pilot ESG (ətraf mühit, sosial və idarəetmə) qiymətləndirmə modeli hazırlanıb.
Maliyyə
28 Fevral , 2023 11:24
Osman Xaliyev: Azərbaycanda ESG qiymətləndirmə modeli hazırlanıb

Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq pilot ESG (ətraf mühit, sosial və idarəetmə) qiymətləndirmə modeli hazırlanıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev BMT-nin İnkişaf Proqramının Azərbaycanda nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin (Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının) birgə dəstəyi ilə həyata keçirilən "İnkişafın maliyyələşdirilməsi" layihəsi çərçivəsində "Ətraf mühit, sosial və idarəetmə prinsiplərinin tətbiqi və "Dayanıqlılıq Hesabatı"na dair seminarda deyib.

O qeyd edib ki, ilkin mərhələdə altı layihə seçilərək qiymətləndirilməsi həyata keçirilib:

"Sosial sahə üzrə həyata keçirilən tədbirlərə isə əməyin mühafizəsi və təhlükəsizliyi, işçilərin könüllü tibbi sığortası, müxtəlif tədris və ixtisasartırma proqramlarına cəlb edilməsi vasitəsi ilə insan kapitalının inkişafı məsələsi ilə bağlı mütəmadi olaraq işlərin görülməsi daxildir".

O.Xaliyev bildirib ki, 2022-ci ildə 218 qadın sahibkara 3,9 milyon manat, 91 gənc sahibkara 14 milyon manat məbləğində güzəştli kredit verilib:

"Maliyələşdirilmiş layihələr hesabına müvafiq olaraq 334 318 yeni iş yerinin yaradılması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi