"Optimal Finance" BOKT-un xalis mənfəəti artıb

Maliyyə
  • 09 iyun, 2023
  • 13:25
Optimal Finance BOKT-un xalis mənfəəti artıb

"Optimal Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 424 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 6 dəfə çoxdur.

Ötən il "Optimal Finance"ın vergiyəqədərki mənfəəti 436 min manat (əvvəlki ilə nisbətən 6,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 12 min manat (34,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Optimal Finance"ın aktivləri 3,551 milyon manat olub ki, bu da illik müqayisədə 40,9 % çoxdur. Bunun 2,266 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-nin kredit portfeli 11,6 % böyüyüb.

Hesabat dövründə "Optimal Finance"ın öhdəlikləri 4,4 % azalaraq 2,056 milyon manata düşüb, balans kapitalı isə 4 dəfə artaraq 1,495 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,3 dəfə artaraq 1 milyon manata çatıb.

Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb. BOKT-un təsisçiləri 70 % payla "Azfinance İnvestisiya Şirkəti" QSC, 15 % payla Elçin Əsgərli, 9 % payla Fərid Eynullayev və 6 % payla Yusif İbrahimovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti