"Optimal Finance" BOKT ötən ili zərərlə başa vurub
- 30 may, 2024
- 12:50
"Optimal Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-ci ili 472 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2022-ci ildən 424 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il "Optimal Finance"ın vergiyəqədərki zərəri 519 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 47 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Optimal Finance"ın aktivləri 2,436 milyon manat olub ki, bu da illik müqayisədə 31,4 % azdır. Bunun 814 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-nin kredit portfeli 64,1 % kiçilib.
Hesabat dövründə "Optimal Finance"ın öhdəlikləri 31,2 % azalaraq 1,414 milyon manata, balans kapitalı isə 31,6 % azalaraq 1,022 milyon manata düşüb.
Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri 70 % payla "Azfinance İnvestisiya Şirkəti" QSC, 15 % payla Elçin Əsgərli, 9 % payla Fərid Eynullayev və 6 % payla Yusif İbrahimovdur.