Ombudsmandan “ipoteka” təklifi

Ombudsmandan “ipoteka” təklifi Bu barədə Ombudsmanın ötənilki fəaliyyəti ilə bağlı məruzəsində bildirilir
Maliyyə
122
9 Mart , 2021 11:33
Ombudsmandan “ipoteka” təklifi

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını və onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli, Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, birinci və ikinci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılmasını təklif edib.

“Report” xəbər verir ki, bu barədə Ombudsmanın ötənilki fəaliyyəti ilə bağlı məruzəsində bildirilir.

Son xəbərlər

Orphus sistemi