OECD: Qlobal iqtisadi fəaliyyət bir çox sektorlarda sürətlə bərpa olunub

OECD: Qlobal iqtisadi fəaliyyət bir çox sektorlarda sürətlə bərpa olunub OECD bu il üçün qlobal iqtisadi azalma proqnozunu sentyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi azaldaraq 4,5%-dən 4,2%-ə endirib.
Maliyyə
153
1 Dekabr , 2020 17:04
OECD: Qlobal iqtisadi fəaliyyət bir çox sektorlarda sürətlə bərpa olunub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il üçün qlobal iqtisadi azalma proqnozunu sentyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi azaldaraq 4,5 %-dən 4,2 %-ə endirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun "Dekabr ayı üçün Müvəqqəti İqtisadi Mənzərə" adlı hesabatında bildirilir.

Sənəddə deyilir ki, koronavirus pandemiyasına qarşı peyvəndin tapılması və bu xəstəliyin müalicəsi ilə bağlı müsbət gözləntilər iqtisadi qeyri-müəyyənliyi azaldıb.

Bununla belə, OECD gələn il üçün qlobal iqtisadi artım proqnozunu 5 %-dən 4,2 %-ə endirib, 2022-ci il üçün isə 3,7 % iqtisadi böyümə gözlədiyini bəyan edib.

Təşkilat üzv ölkələr arasında iqtisadiyyatın ən böyük kiçilməsini Argentinada (12,9 %), Böyük Britaniyada (11,2 %) və Hindistanda (9,9 %) gözləyir. Bu il qurum yalnız Çin iqtisadiyyatında artım (1,8 %) gözləyir.

“İqtisadi böhrana qarşı bir sıra hökumətlərin və mərkəzi bankların fəaliyyəti ilə qlobal iqtisadi fəaliyyət bir çox sektorlarda sürətlə bərpa olundu, lakin bəzi xidmət sektorları məhdudiyyətlərdən təsirlənməyə davam edir. Gələn il isə yol daha işıqlı, lakin çətin olacaq", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi