OECD ölkələrinin iqtisadiyyatı 10% kiçilib

OECD ölkələrinin iqtisadiyyatı 10% kiçilib Bu ilin II rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda koronavirus pandemiyasının təsiri ilə real Ümumi Daxili Məhsul (ÜDM) 9,8% azalıb.
Maliyyə
148
26 Avqust , 2020 17:19
OECD ölkələrinin iqtisadiyyatı 10% kiçilib

Bu ilin II rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda real Ümumi Daxili Məhsulun (ÜDM) dəyəri koronavirus pandemiyasının təsiri ilə illik müqayisədə 9,8% azalıb.

“Report” xəbər verir ki, bu barədə OECD-nin hesabatında bildirilir.

Sənədə əsasən, rüb ərzində təşkilata üzv ölkələrdən İngiltərədə 20,4%, ABŞ-da 9,5%, Almaniyada 9,7%, Yaponiyada 7,8%, Fransada 13,8%, Avropa İttifaqnı regionunda 11,7%, o cümlədən avrozonada isə 12,1% iqtisadi geriləmə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi