Ödənişli xidmətlərdən büdcə daxilolmaları üzrə proqnoz 13 % azaldılır
Maliyyə
- 25 oktyabr, 2022
- 06:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti gələn il büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmaların 726,5 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,9 % azdır.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.
Son xəbərlər
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə
17:06
Foto
Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub
Media
17:03
UKMTO Ədən körfəzində ticarət gəmilərinə yaxınlaşan şübhəli gəmilər barədə xəbərdarlıq edib
Digər ölkələr
17:02
Video
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb - Yenilənib-3
Digər ölkələr
16:58
Baş prokurorun köməkçisi: Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək
Xarici siyasət
16:57
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
Fərdi
16:54
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Xarici siyasət
16:52
Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib
Biznes