Nyu-Yorkda indekslər yüksəldi

Nyu-Yorkda indekslər yüksəldi Bu gün “Moderna” şirkətinin təqdim etdiyi koronavirus dərmanının sınaqlarında 94,5 faizlik səmərə göstərməsinə dair xəbərlər Nyu York Fond Birjasında (NYSE) keçirilən hərracın əvvəlində başlıca indekslərə müsbət təkan verib.
Maliyyə
16 Noyabr , 2020 20:26
Nyu-Yorkda indekslər yüksəldi

Bu gün “Moderna” şirkətinin təqdim etdiyi koronavirusa qarşı peyvəndin sınaqlarında 94,5 faizlik səmərə göstərməsinə dair xəbərlər Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracın əvvəlində başlıca indekslərə müsbət təkan verib.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 1,23 faiz artaraq 29 843,06 bəndə, “S & P 500” indeksi 0,76 faiz artaraq 3 612,44 bəndə, “Nasdaq” elektron birja indeksi isə 0,06 faiz artaraq 11 836,66 bəndə çatıb.

Son xəbərlər

Orphus sistemi